Cari ilin 9 ayında ölkədə 5 milyon ton neft emal edilib

2024.10.14 14:23 (UTC+04:00)

2024-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, 21,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.

Energetika Nazirliyinin məlumatına görə, neft hasilatının 12,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,1 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,4 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 5,6 milyon ton təşkil edib.

9 ayda 17,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tonu konsorsiumun, 2,3 milyon tonu isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə ölkədə 5 milyon ton neft emal edilib.

2024-cü ilin sentyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 78,7 min ton olub. Bunun 65,0 min tonunu xam neft, 13,7 min tonunu qaz kondensatı təşkil edib.