Azərbaycanın Bolqarıstana məhsul ixracı 44 faiz artıb

2024.10.11 17:37 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 42,8 faiz artaraq 410,5 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Bolqarıstana ixrac: 386,2 milyon dollar (+44 faiz)

Bolqarıstandan Azərbaycana idxal: 24,29 milyon dollar (+26,5 faiz)

Ümumi ticarət dövriyyəsindəki payı:

Cari ilin ilk 8 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 1,32 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,52 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi