Bu gün İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın fintex assosiasiyaları arasında Türk Dövlətləri Fintex Alyansının yaradılması ilə bağlı anlaşma memorandumu imzalanıb.
"Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin məlumatına görə, memorandum maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrində daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
“İnanırıq ki, bu gün yaradılan Türk Dövlətləri Fintex Alyansı bütün qardaş ölkələrdə fintex sektorunun güclənməsinə və regional əməkdaşlığın daha sürətli inkişafına öz müsbət töhfəsini verəcək”,- deyə məlumatda vurğulanır.