Azərbaycan bu il ən çox İtaliya və Türkiyəyə məhsul ixrac edib

2019.07.24 15:16 (UTC+04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 7,9 mlrd. ABŞ dollarından çox ixrac əməliyyatları həyata keçirib. Dövlət Gömrük Komitəsinin hazırladığı məlumata əsasən, hesabat dövründə ötən ilin analoji dövründə olduğu kimi İtaliya Azərbaycanın əsas ixrac partnyoru olub. Onun ardınca Türkiyə, Çin və Hindistan gəlir. Qeyd edək ki, cari ilin ilk yarısında Azərbaycan 170-dən çox ölkə ilə 17 mlrd. dollara yaxın ticarət mübadiləsi həyata keçirib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ixracında əsas ölkələrin reytinqi:

#

Ölkə

İxrac, min ABŞ dolları

Ümumi ixraca nisbətən, %

Ötən il reytinqdə mövqeyi

1

İtaliya

2.805.906,05

28,12

1

2

Türkiyə

1.233.813,84

12,36

3

3

Çin

684.516,92

6,86

-

4

Hindistan

626.268,44

6,28

6

5

Almaniya

568.122,01

5,69

10

6

İsrail

545.657,22

5,47

2

7

İspaniya

426.500,76

4,27

-

8

Rusiya

377.454,86

3,78

8

9

Çexiya

331.908,06

3,33

9

10

Gürcüstan

316.233,87

3,17

-