Bu ilin 23-30 sentyabr tarixlərində Rusiyanın Rostov vilayətindən Azərbaycana ixrac üçün həcmi 55 ton olan 3 partiya quş ətinə nəzarət tədbirləri həyata keçirilib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına görə, Xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.