İşsiz statusunun verilməsi və sığorta ödənişinin ödənilməsi qaydası

2024.10.23 09:45 (UTC+04:00)

“Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə əsasən, işsiz statusunun verilməsi qaydalarına nəzər salaq:

İşsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq "e-xidmətlər" bölməsindən "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi" xidmətini seçməlidir. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar.

Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır. İşaxtaran və işsiz şəxslər fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindən real vaxt rejimində əldə etmək hüququna malikdirlər.

Aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır:

Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:

Aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir:

- Qanuna əsasən məşğul şəxslərə aid edilənlər;

- 15 yaşına çatmayanlar;

- Təhsil müəssisəsində əyani təhsil alanlar;

- "Əmək pensiyaları haqqında" və ya "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin "b" və "c" bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 ay müddətində;

Məşğul şəxslər dedikdə “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə əsasən, aşağıdakılar nəzərdə tutulur:

- Muzdla işləyənlər - Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;

- Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;

- Sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;

- Haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;

- Ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani tahsil alanlar;

- Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

- Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək faaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

İşsizliyə görə aylıq sığorta ödənişinin hesablanması qaydası

Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 tǝqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır.

Misal 1: Sığortaolunanın işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 aylıq dövrdə aylıq qazancı sabit 550 manat olub. Onun orta aylıq əməkhaqqı məbləği də 550 manat olacaq.

Misal 2: Sığortaolunan işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 aylıq dövrdə 8 ay çalışıb. Lakin işsiz kimi qeydiyyata alınmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdir. Sığortaolunanın aylıq qazancı aşağıdakı şəkildə olub:

"A" MMC "B" MMC
Yanvar 630 İyun 400
Fevral 705 İyul 400
Mart 465 Avqust 400
Aprel 744 Sentyabr 400
May 855 Oktyabr 400
Noyabr 400
Dekabr 400
Yanvar 400

Bu halda orta aylıq qazanc aşağıdakı şəkildə hesablanacaq:

Nümunəmizdə sığortaolunanın 5 ay "A" MMC-da, 8 ay isə "B" MMC-də sosial sığorta stajı vardır. Sığortaolunanın əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına böləcəyik.

3399 + 3200 = 6599 manat;
6599 : (8+5) = 507.62 manat.

Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir.

Sığorta ödənişi sığortaolunanların "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk günündən hesablanır. Sığorta ödənişinin məbləği əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

Dövlət Statistika Komitəsinin 17.01.2023-cü il tarixli məlumatına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artaraq 829,9 manat olub. Deməli, həmin ildə sığorta ödənişi 345 manatdan az, 829,9 manatdan çox ola bilməz.

Qeyd edək ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. 2022-ci il yanvarın 1-dan minimum əməkhaqqının məbləği 300 manatdan 345 manata qaldırıldığı üçün, hazırda minimum sığorta ödənişinin məbləği 345 manatdır.

Sığorta ödənişinin ödənilməsi

“İşsizlikdən sığorta haqqında” qanunun 17-ci maddəsinə əsasən, ilk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sıgorta ödənişinin məbləğindən az olmayaraq ödənilir.

Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı - 2024” kitabı