Bu ilin yanvar-avqust ayları ərzində ölkədən 23,1 milyon ABŞ dolları dəyərində 16,4 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə ixracın dəyəri 16,1 faiz, həcmi isə 3,9 faiz artıb.
Cari ilin ilk 8 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,06 faizə bərabər olub.