"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2024.10.07 11:56 (UTC+04:00)

- Bütün dünya iqlim dəyişikliyi ilə mübarizə yolları axtarır. Karbon vergisi Azərbaycanda da tətbiq oluna bilərmi?

- Kredit kartları ilə bağlı hansı qaydalar sərtləşir? Hansı əməliyyatlara məhdudiyyət qoyulması təklif olunur?

- Həm oxuyub, həm də işləyənlərə neçə gün təhsil məzuniyyəti verilməlidir?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 6 oktyabr 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Dövlət Vergi Xidmətinin Baş idarə rəisinin müavini Oktay Yaqubov Günel Bəhramqızının suallarını cavablandırır.