Azərbaycan çay ixracını artırıb

2024.10.04 16:36 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində ölkədən 4,37 milyon ABŞ dolları dəyərində 488,5 ton çay ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərindən müvafiq olaraq 9,6 faiz və 10,2 faiz çoxdur.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə idxalın dəyəri 10,7 faiz artaraq 50,4 milyon dollar olub, həcmi isə 12,4 faiz artaraq 9,76 min tonu ötüb.