Bu il 168 milyon manata yaxın güzəştli kredit verilib

2024.10.04 16:03 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 4116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verilib.

Fondun məlumatına görə, verilən kreditlər hesabına 3338 yeni iş yerinin yaradılması nəzərdə tutulur.