Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın İnsan Kapitalı işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupunun iclası keçirilib. DVX-ni işçi qrupunda təmsil edən Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev iclasda iştirak edib.
İclasda “Qlobal İnnovasiya İndeksi 2024” nəticələrinin müqayisəsi, qarşıda duran vəzifələr, 2025-ci il üzrə yeni Fəaliyyət Planının hazırlanması ilə bağlı prioritetlər üzrə təqdimatlar edilib, elmmetrik bazalarda nəşr olunan elmi məqalələrin sayı, dinamikası, elmi nəşrlərin kvartillər üzrə paylanması, ali təhsil və elmi tədqiqat müəssisələrinin bu sahədə fəaliyyət planları, tədqiqatçıların fəaliyyətinin maliyyələşdirilməsi tədbirlərinin həyata keçirilməsi, "Scopus", "Web of Science" elmmetrik bazaları üzrə “Clarivate” və “Elvesier” şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, “QS”, “Times Higer Education” Beynəlxalq Reytinq Agentlikləri ilə əməkdaşlıq və s. aktual mövzular ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.