Naxçıvanda logistik xidmətin dəstəklənməsi layihəsinə güzəştli kredit ayrılıb

2024.10.02 17:52 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən logistik xidmətin dəstəklənməsi layihəsi üzrə 200 min manat güzəştli kredit ayrılıb.

Fondun məlumatına görə, güzəştli kredit Naxçıvan şəhərində fəaliyyət göstərən "Sürət Kargo" MMC-yə verilib. Layihənin maliyyələşdirilməsi “Kapital Bank” ASC vasitəsilə həyata keçirilib.