Xurma ixracından əldə olunan gəlir artıb

2024.10.02 13:04 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində ölkədən 27,7 milyon ABŞ dolları dəyərində 35,3 min tondan çox xurma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 88,3 faiz və ya 13 milyon dollar, həcmi isə 74,5 faiz və ya 15,1 min ton artıb.

Qeyd edək ki, cari ilin ilk 8 ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0,15 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,27 faizə bərabər olub.