“Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması Qaydası” təsdiqlənib

2024.10.02 10:50 (UTC+04:00)

Nazirlər Kabinetinin Qərarına əsasən, “Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması Qaydası” təsdiq edilib.

Qayda Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-1-ci maddəsinə əsasən hazırlanıb və vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması qaydasını müəyyən edir.

Qayda vergi orqanlarının vəzifəli şəxslərinə pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanmasına şamil edilmir. Qeyd olunan şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilərkən nəzərə alınan qulluq stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hesablanır.