Bu ilin yanvar-avqust aylarında ölkənin kimya sənayesi istehsalı sahəsində 418,4 min ton gübrə və azot birləşmələri istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 71,3 faiz və ya 174,2 min ton çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 48,5 min ton təşkil edib.