Ölkədə pul bazası 17 faizədək artıb

2024.10.01 17:52 (UTC+04:00)

Bu ilin sentyabr ayında Azərbaycanda pul bazası 2023-cü ilin eyni ayın göstəricisi ilə müqayisədə 16,8 faiz artaraq 20 897,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankın hesabatına əsasən, aylıq artım 1,7 faiz təşkil edib.

Qeyd edək ki, 2023-ci ilin dekabr ayının sonuna ölkədə pul bazası 20 875,2 milyon manat olub.