Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunub

2024.10.01 17:10 (UTC+04:00)

2024-cü ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2023-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 20,7 faiz artaraq 11 795,8 milyon ABŞ dollar təşkil edib.

AMB-nin hesabatına əsasən, aylıq artım 0,1 faiz təşkil edib.

Qeyd edək ki, 2023-ci ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 613,0 milyon dollar olub.