“Məlumat təhlükəsizliyi, maraqların toqquşması, korrupsiyaya qarşı mübarizə”yə dair təlimlər keçirilib

2024.10.01 16:29 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyində 2024-cü il üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarının əməkdaşları üçün təlimlər keçirilib.

DVX-nin Tədris Mərkəzi və Daxili təhlükəsizlik baş idarəsi tərəfindən "Dövlət vergi orqanlarında etik davranış qaydaları, məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə" mövzusunda təşkil olunmuş təlimlərdə 630 nəfər vergi xidməti əməkdaşı iştirak edib. "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilən təlimlərin ərazi vergilər idarələrində çalışan əməkdaşlar üçün də təşkili nəzərdə tutulur.