Bu ilin yanvar-avqust aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 21 521,0 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 11 722,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,2 faiz artaraq 9798,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.