Həştərxandan Azərbaycana 10 tona yaxın balıq tədarük edilib

2024.10.01 10:16 (UTC+04:00)

Bu ilin 20-26 sentyabr tarixlərində Rusiyanın Həştərxan vilayətindən Azərbaycana 9,9 ton balıq tədarük edilib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına görə, Xidmətin müvafiq idarəsi tərəfindən Azərbaycana göndərilən məhsullara baytarlıq nəzarəti tədbirləri həyata keçirilib. İxrac edilən məhsul alıcı ölkənin tələblərinə cavab verib, onun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının aktları ilə təsdiqlənib.