Bu ilin avqust ayında kredit qoyuluşlarının həcmi 26 075,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 19,5 faiz və ya 4 261,4 milyon manat çoxdur.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin iyul ayına nisbətdə isə avqustda kredit qoyuluşlarının həcmində 1,5 faiz və ya 380,9 milyon manat artım müşahidə olunub.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayının 1-nə Azərbaycanda kredit qoyuluşlarının həcmi 23 183,0 milyon manat təşkil edib.