Cavad Pol: “Biznes forum əməkdaşlıq üçün yeni perspektivlər açmağa imkan verib"

2024.09.26 14:28 (UTC+04:00)

"Pakistan və Azərbaycan hökumətləri hər iki ölkənin özəl şirkətləri arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdırlar və sentyabrın 16-da Bakıda keçirilən biznes forum, xüsusən də iş adamları üçün belə imkanlar yaratdı. Əslində, biznes forum bizə əməkdaşlıq üçün yeni perspektivlər açmağa imkan verib".

Bu barədə Pakistanın federal ticarət naziri Cavad Pol deyib.

Onun fikrincə, logistika, kənd təsərrüfatı və ərzaq sahələrində böyük potensial var ki, bu sahədə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi mümkündür.

Qeyd edək ki, 2023-cü ildə Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi 27 milyon dollar təşkil edib.

Trend