Karbon vergisi və müvafiq qanunvericilik aktlarının qəbulu və implementasiyası ətraf mühitin sağlamlaşmasına, dolayısı ilə uzunmüddətli dövrdə insanların sağlamlığına öz müsbət təsirini göstərəcək.
Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
Onun sözlərinə görə, bu, həmçinin “yaşıl enerji” ilə çalışan sahələrdə yeni iş yerlərinin açılmasına, “yaşıl iqtisadiyyat”ın inkişafına səbəb olacaq.
"İqlim dəyişiklikləri ilə mübarizədə məhz bu verginin tətbiqi çox uğurlu alətdir. Azərbaycanın QHT-ləri bu istiqamətdə maarifləndirmə işlərini həyata keçirə bilər",- A.Əliyeva qeyd edib.