İqtisadiyyat nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

2024.09.25 17:46 (UTC+04:00)

30 sentyabr 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Qusar şəhəri, Mirzə Vəliyev küçəsi 6 ünvanında, Qusar rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.