“Karbon vergitutması üçün siyasət sənədi hazırlanmalı və həyata keçirilməlidir. Bu funksiyanı vergi administrasiyası və ya gömrük qurumu yerinə yetirə bilər”.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) təmsilçisi Marqaret Kotton Bakıda keçirilən Karbon Qiymətləndirmə üzrə Qlobal Forumda deyib.
Onun sözlərinə görə, toplanılan vergi haqqında dəqiq hesabatlılığın olması lazımdır. Vergi orqanları bu hesabatların dəqiqliliyini yoxlamalıdır. Bu məsələ elə tənzimlənməlidir ki, sənayenin və vergi ödəyicilərinin yükü mümkün qədər az olsun. Karbon vergisinin toplanılmasının müəyyən xərcləri olduğu üçün bu prosesi mümkün qədər asan şəkildə etmək lazımdır: ”İnsanlar elə hesab edirlər ki, karbon vergitutması mürəkkəb bir prosesdir. Biz belə bir məsələnin öhdəsindən necə gələ bilərik? Bu barədə danışarkən qeyd etmək istəyirəm ki, ölkələr istənilən halda vergi toplayırlar”.