“Karbon vergisi tətbiq etməklə ətraf mühiti yaxşılaşdıra bilərik”. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsi Alberto Qarsia Huitron Bakıda keçirilən Karbon Qiymətləndirmə üzrə Qlobal Forumda deyib.
Karbon qiymətqoymanın yeni anlayış olmadığını nəzərə çatdıran BVF rəsmisi bildirib ki, artıq 70 ölkə karbon vergisindən gəlir əldə edir: “Ölkələr bu məsələdə getdikcə daha çox təcrübə toplayırlar. Biz burada hansısa qəliz strategiyadan danışmırıq. Biz strategiyalarımızı dövlət formatlarına uyğunlaşdırmağa çalışırıq. Bir çıxış yolunun vergi baxımından olması düşünülür. Təbii ki, karbon qiymətqoyma yanacaq vergisindən fərqli olur və yanacağa bərabər olmur. Əgər ölkə karbon qiymətqoymanı dəyişmək istəyirsə, strategiyasında müəyyən dəyişiklik etməyə hazır olur. Karbon qiymətqoymada son məqsəd havanı çirklənmədən, yanacaq tullantılarından uzaq saxlamaqdır. Bunu hər zaman nəzərimizdə saxlamalıyıq”.