Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

2024.09.25 12:06 (UTC+04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında” Qərar qəbul edib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.