Dirk Heine: “Ölkədə yanacaq vergisi varsa, karbon vergisi də olmalıdır”

2024.09.25 11:37 (UTC+04:00)

“Ölkədə yanacaq vergisi varsa, karbon vergisi də olmalıdır. Bu, karbon qiymətləndirmənin gücləndirilməsi ilə əlaqədardır”.

Bunu Dünya Bankının nümayəndəsi Dirk Heine Bakıda keçirilən Karbon Qiymətləndirmə üzrə Qlobal Forumda deyib.

O bildirib ki, bəzi modellər əsasında karbon qiymətləndirmə sistemi qurulur: “Burada yanacaq çox vacib olsa da, digər məsələlərə də baxmalı və yaxşı strategiya tətbiq etməliyik. Biz baxmalıyıq ki, karbon qiymətləndirmə necə işləyir, hər bir məsələnin bu prosesə təsiri necə olacaq”.