Bu ilin yanvar-avqust ayları ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus 3507 layihə maliyyələşdirilib.
Bu layihələrə SİF tərəfindən 138,3 milyon manat güzəştli kredit verilib. Həmin layihələrin 3503-ü mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsusdur.
Ümumilikdə isə MKOB-lar 128,5 milyon manat güzəştli kreditdən yararlanıblar. Bununla da 2024-cü ilin 8 ayı ərzində verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 92,9%-i MKOB subyektlərinin payına düşüb.