Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiya tempini 2024-cü il üçün 2,1 faiz, 2025-ci il üçün isə 3,8 faiz səviyyəsində proqnozlaşdırıb.
Bu barədə bankın "Asiyanın İnkişaf Perspektivləri" (ADO) hesabatının sentyabr sayında bildirilir.
Əvvəlki aprel hesabatında inflyasiya gözləntiləri müvafiq olaraq 5,5 faiz və 6,5 faiz səviyyəsində idi.
ADB hesab edir ki, davam edən sərt pul-kredit siyasətinin təsirləri inflyasiyanın azalmasına kömək edib.
İnflyasiyanın azalması ilə Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar ayından iyul ayına qədər dörd mərhələdə əsas faiz dərəcəsini 7,75 faizdən 7,25 faizə endirib.
“Report”