Türkiyədə xaricdən gətirilən telefonların qeydiyyat xərci üç dəfə artırılıb

2019.07.23 18:49 (UTC+04:00)

Ölkəyə xaricdən gətirilən mobil telefonların qeydiyyata alınması haqqı keçən ilin noyabr ayında 150 lirədən (45,3 manat) 500 lirəyə (151 manata) qaldırılmışdı. "Rəsmi qəzetə"də verilmiş xəbərə görə, 2019-cu il iyul ayının 19-da həmin xərc üç dəfə artırılaraq 1500 lirəyə (453 manat) çatdırılıb və hökumətin bu qərarı iyulun 20-dən qüvvəyə minib. Türkiyədə istifadədə olan hər on telefondan biri xaricdən gətirilərək qeydiyyata alınır. Qeyd edək ki, əvvəllər hər Türkiyə vətəndaşı xaricdən gətirdiyi telefonu 2 ildə bir dəfə ölkə sisteminə qeyd etdirə bilərdi, bir neçə ay əvvəl bu müddət uzadılaraq üç ilə çatdırılmışdı.