Rusiyanın aqrar məhsullar ixracatçılarının Azərbaycana işgüzar səfəri başlayıb

2024.09.24 15:14 (UTC+04:00)

Bakıda aqrar-sənaye kompleksinin məhsullarını ixrac edən Rusiya şirkətlərinin biznes-missiyası işinə başlayıb.

Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sənaye Məhsullarının İxracının İnkişafı Federal Mərkəzinin məlumatına görə, Rusiya nümayəndə heyətinə nazirliyin, “Aqroeksport”un, “Rosselxoznadzor”un, Taxıl İxracatçıları İttifaqının, Quşçular Milli İttifaqının, Süd İstehsalçıları Milli İttifaqının rəhbərliyi, həmçinin 55-dən çox şirkətin nümayəndələri daxildir. Azərbaycan tərəfdən isə 100-dən çox təşkilatın (dövlət orqanları, əsas sənaye assosiasiyaları və biznes qurumlar) iştirakı nəzərdə tutulur.

Sentyabrın 26-dək davam edəcək missiyanın biznes proqramına plenar iclas, müxtəlif sahələr üzrə dəyirmi masalar, işçi görüşlər və səfərlər daxildir. Rusiya və Azərbaycan şirkətləri arasında 350-dən çox qapalı b2b görüşü nəzərdə tutulub.