Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Xorvatiyaya 627 milyon ABŞ dolları dəyərində 1 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricilərini dəyər ifadəsində 76,4 faiz və ya 271,5 milyon dollar, həcm baxımından isə 61,6 faiz və ya 383,1 min ton üstələyir.
Qeyd edək ki, cari ilin ilk 8 ayı ərzində ölkədən ümumilikdə 10,3 milyard dollar dəyərində 16,4 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Xorvatiya 5-ci yerdə qərarlaşıb və ixrac həcminin 6,1 faizi məhz bu ölkənin payına düşüb.