Güzəştli kredit məbləğinin iqtisadiyyatın sahələri üzrə bölgüsü açıqlanıb

2024.09.23 17:33 (UTC+04:00)

Bu ilin yanvar-avqust ayları ərzində sahibkarların 3507 layihəsinin maliyyələşdirilməsinə 138,3 milyon manat güzəştli kredit ayrılıb.

Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, verilən kreditlərin 60 faizi kənd təsərrüfatı məhsulları istehsalının, 31,2 faizi sənaye məhsullarının istehsalı və emalının, 2,4 faizi turizmin, 6,4 faizi isə digər sahələrin payına düşür.