Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Babək şəhərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzi geniş funksiyalara malik olmaqla sahibkarlara vergi sahəsi üzrə bütün xidmətləri göstərir.
Burada vergi ödəyicilərinə vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi bəyannamələrinin tərtib edilməsi və təqdim olunma müddətləri, vergi orqanlarında qeydiyyat məsələləri haqqında məlumat və izahatlar verilir, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi, “Asan İmza” sertifikatının verilməsi və digər məsələlərlə bağlı xidmətlər göstərilir.
Mərkəzdə həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərilməklə, gün ərzində təxminən 150-dək şəxsin qəbul edilməsi və həmin şəxslərə müxtəlif xidmətlərin göstərilməsi mümkündür.
Bununla yanaşı, ölkədə yaradılan könüllülük ənənəsinin dövlət vergi orqanlarında tətbiqinə uyğun olaraq Mərkəzdə könüllülər fəaliyyət göstərir.