285 min manatadək vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb

2024.09.23 16:35 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkar-istehlakçı münasibətlərinin inkişafı və istehlakçıların hüquqlarının daha etibarlı qorunmasına yönəlmiş tədbirlərini davam etdirir.

Dövlət Xidmətinin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqust ayları ərzində lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş 1508 müraciət üzrə 285 min manatadək vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb.