“Ümummilli lider Heydər Əliyevin siyasi qətiyyəti sayəsində imzalanmış və dövlətimizin iqtisadi suverenliyini əks etdirən "Əsrin müqaviləsi"nin 30 ili tamam olur. Yatırılan sərmayələrin həcminə görə dünyanın ən iri sazişləri sırasına aid edilən bu müqavilə ilə ölkəmizin iqtisadi inkişafının, iqtisadiyyatın şaxələndirilməsinin təməli qoyulub”.
Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu gün qlobal enerji bazarında etibarlı tərəfdaş olan Azərbaycan regional və beynəlxalq müstəvidə dayanıqlı inkişafa və enerji təhlükəsizliyinə töhfələr verir: “Bu müstəsna nailiyyətlərlə qürur duyuruq”.