2024-cü ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239 314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 39 148-i (16,3 faiz) ilkin, 200 166-sı isə (83,7 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 39 536, mənzil üzərində - 55 172, torpaq sahəsi – 136 179, qeyri-yaşayış binası – 2 229, qeyri-yaşayış sahəsi – 5 636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63 933-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Cari ilin ilk səkkiz ayında 177 937 texniki pasport tərtib edilib, 46 919 ipoteka müqaviləsi qeydiyyata alınıb.