Tacikistanın Düşənbə şəhərində Sənaye Təhlükəsizliyi üzrə Dövlətlərarası Şuranın XXII iclası keçirilib.
MDB İcraiyyə Komitəsinin məlumatına görə, iclasda bir sıra MDB ölkələrinin, o cümlədən Azərbaycanın sənaye təhlükəsizliyi sahəsində dövlət nəzarəti orqanlarının nümayəndələri iştirak ediblər.
Nümayəndələr təhlükəli istehsalat obyektlərində sənaye təhlükəsizliyinin tənzimlənməsi sahəsində milli qanunvericiliyə edilmiş dəyişikliklər və il ərzində bu istiqamətdə görülən işlər barədə məlumat mübadiləsi aparıblar. Dağ-mədən sənayesi obyektlərinin rəqəmsallaşdırılması ilə əlaqədar sənaye təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın yenilənməsi, ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələləri də müzakirə olunub.
İclas iştirakçıları 2023-2024-cü illər üçün görülən işlərə yekun vurub, 2021-2026-cı illər üçün təhlükəli istehsal obyektlərində sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Sazişin icrası üzrə əsas tədbirlər planının icrasının gedişini nəzərdən keçiriblər.
Bildirilib ki, Şuranın iclası zamanı qəbul edilən qərarlar sənaye təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə və səmərəli tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.