Alüminium məmulatlarının istehsalında artım var

2024.09.20 11:28 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkədə 41,9 min ton alüminium məmulatları istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 63,9 faiz və ya 16,3 min ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, iyul ayı ilə müqayisədə avqustda artım 43,5 faiz və ya 1,9 min ton təşkil edib. Avqust ayında 6,3 min tondan çox alüminium məmulatları istehsal edilib.

Cari ilin sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 3,8 min ton təşkil edib.