Azərbaycan şirkəti Rusiyaya ting ixrac edəcək

2024.09.20 10:31 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC bu ilin sonu-gələn ilin əvvəlində Rusiyaya ilk dəfə olaraq ting ixrac edəcək. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, artıq Dağıstanda 55 ha bağın qurulması üçün özəl şirkətlə ilk müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, Dağıstana təxminən 60 min ədəd alma, armud, nektarin, gilas, şaftalı, xurma tingi ixrac ediləcək. Şirkət Dağıstana ümumilikdə 100-150 min ədəd ting ixrac etməyi planlaşdırır.