Bu ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 8123 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da bir il öncəki göstəricini 60,7 faiz üstələyir.
Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk səkkiz ayında aqrar sektorda fəaliyyət göstərən 2865 fiziki və hüquqi şəxsə 53,5 milyon manat məbləğində güzəştli kredit verilib. Verilən kreditlərin 41,8 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 630 min manatı güzəştli kreditlər, 10,8 milyon manatı isə mikrokreditlərdir.