“Azərbaycan – İraq biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi -KOBİA ilə İraq Ticarət Palataları Federasiyası arasında Azərbaycan - İraq Biznes Şurasının yaradılması haqqında razılaşma imzalanıb. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinə və ticarət imkanlarının artırılmasına yönəlmiş bir addımdır”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında bildirib ki, Azərbaycan – İraq Biznes Şurası sahibkarlar arasında əməkdaşlıq və təcrübə mübadiləsi üçün daimi platforma rolunu oynayacaq.