Azərbaycan-İraq Biznes Şurası yaradılıb

2024.09.17 15:58 (UTC+04:00)

Bakıda keçirilən Azərbaycan-İraq biznes forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İraq Ticarət Palatalar Federasiyası arasında Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında razılaşma imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyri imzalayıblar.