İraq şəhərlərində Azərbaycan ticarət evlərinin açılması müzakirə olunur

2024.09.17 15:49 (UTC+04:00)

İraqın paytaxtı Bağdadda və digər şəhərlərində Azərbaycan ticarət evlərinin açılması müzakirə olunur.

Bunu Azərbaycan-İraq biznes forumunda çıxış edərkən AZPROMO-nun rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycan bu ölkədə icra olunan layihələrdə iştirak etməkdə maraqlıdır: “Biz növbəti illərdə İraqa ixrac missiyası ilə yenidən səfər edəcəyik”. O qeyd edib ki, bu, əlaqələrin genişlənməsi üçün əlavə bir imkandır.