Hindistan hökuməti vergi qanunvericiliyində dəyişiklik edib

2019.07.23 13:10 (UTC+04:00)

Hindistanın Maliyyə naziri xanım Nirmala Sitharaman bildirib ki, hökumət ölkədə tətbiq olunan yeddi dolayı vergi ilə bağlı qanunda dəyişiklik edib. Bundan əlavə, birbaşa vergiləri əhatə edən qanun dəyişikliyi də aparılacaq. Qanunvericilikdəki bu dəyişikliklər, o cümlədən mallar və xidmətlərlə bağlı yeniliklər vergi sisteminin sadələşdirilməsi naminə edilib. Nazirin sözlərinə görə, birbaşa vergilərdə dəyişiklik həmin vergilərin sadələşdirilməsi və effektivliyinin artırılması zərurətindən irəli gəlir. Vurğulanıb ki, bu cür dəyişikliklərin mühüm əhəmiyyət daşıyan cəhətlərindən biri də "Make in İndia" ("Hindistanda istehsal et") proqramının həyata keçirilməsində irəliləyişə nail olmaqdır: çünki ölkə üçün istehsal fəaliyyəti daha böyük aktuallıq kəsb edir.

Qanundakı dəyişikliklər mikro, kiçik və orta müəssisələrin fəaliyyətini, eləcə də ölkənin maliyyə bazarlarının işini stimullaşdırmaq məqsədi daşıyır.