Ölkə əhalisinə 8 milyard manata yaxın ödənişli xidmət göstərilib

2024.09.17 11:59 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 7968,2 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5988,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 781,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 75,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.