Azərbaycanda iqtisadi fəal əhalinin sayı artıb

2024.09.17 11:00 (UTC+04:00)

Bu il sentyabrın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 294,9 min nəfər olub. Onlardan 5 011,4 min nəfərini məşğul əhali təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 1,1 və 1,3 faiz üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 759,0 min nəfər (+3,1 faiz), o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,7 min nəfər (-1,1 faiz), qeyri-dövlət sektorunda isə 877,3 min nəfər (+7,7 faiz) təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər (+0,9 faiz), qeyri-neft-qaz sektorunda isə 1727,1 min nəfər (+3,1 faiz) çalışıb.