Metallurgiya sənayesi məhsullarının istehsalı artıb

2024.09.16 10:17 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında ölkənin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 887,4 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 27,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 23,3 faiz artım müşahidə olunub.

Hesabat dövründə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,2 dəfə, alüminium məmulatlarının istehsalı 63,9 faiz, armatur istehsalı 27,2 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 18,4 faiz artıb.