Azot gübrəsinin ixracından 62 milyon dollardan çox vəsait daxil olub

2024.09.13 12:49 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkədən 62,1 milyon ABŞ dolları dəyərində 307,9 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 73,8 faiz, həcm baxımından isə 2,2 dəfədən çoxdur.

Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,39 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,31 faizə bərabər olub.